Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ferstappen ''Formula-1'' üzrə Kanada Qran-Prisinin qalibi olub

Ferstappen ''Formula-1'' üzrə Kanada Qran-Prisinin qalibi olub

Tarix: 10 Iyun 2024 06:28

"Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının IX yarışının Kanada Qran - Prisinin qalibi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yarış Monrealda keçirilib.

Yarışda ikinci yeri "Maklaren"in britaniyalı pilotu Lando Norris tutub. Üçüncü yerdə onun "Mercedes" komandasından olan həmyerlisi Corc Rassell qərarlaşıb.

Ümumi hesabda birinci yeri Ferstappen (194 xal) tutub. Bu, onun qələbə karyerasında 60-cı olub. İkinci sırada Lekler (138), üçüncü yerdə Norris (131) qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatının növbəti mərhələsi iyunun 21-23-də İspaniyada keçiriləcək.

Milli.Az


Etiketlər:  Ferstappen Formula üzrə Kanada Qran Prisinin qalibi olub


RƏYLƏR