Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların sevimlisi olan Əməkdar artist VƏFAT ETDİ - FOTO

Uşaqların sevimlisi olan Əməkdar artist VƏFAT ETDİ - FOTO

Tarix: 10 Iyun 2024 10:12

Rusiyanın əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə N.Sats adına Moskva Dövlət Akademik Uşaq Musiqili Teatrının "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Açıqlamada qeyd olunur ki, mərhum sənətkar adıçəkilən teatrın ilk aktrisası olub. O, bu mədəniyyət müəssisəsinin yaradılmasının başlanğıcında dayanıb, onun şöhrətinin və tarixinin yaradılmasında fəal iştirak edib.

Eyni zamanda, teatrın nümayəndələri Sverbilovanın səsinin bütün Sovet İttifaqında uşaqlara tanış olduğunu söyləyiblər. Onun iştirakı ilə bir çox tamaşalar radioda yayımlanıb.


Etiketlər:  Uşaqların sevimlisi olan Əməkdar artist VƏFAT ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ