Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kriminal aləmdə ''bir nömrəli qanuni oğru” - Şişkana bu cəza verildi

Kriminal aləmdə ''bir nömrəli qanuni oğru” - Şişkana bu cəza verildi

Tarix: 10 Iyun 2024 19:46

Rusiya Hərbi Məhkəmə "Şişkan" kimi tanınan "qanuni oğru" Oleq Medvedevi (Şişkanov) ömürlük həbs cəzasına məhkum edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Proses Moskva Şəhər Məhkəməsinin ən böyük salonlarından birində fərqli formatda keçirilib. Şişkan cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Bundan əlavə, ona beş milyon rubl cərimə cəzası da verilib.

Xatırladaq ki, məhkum 2019-cu il iyulun 15-də saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda, habelə Ramenskinin deputatı Tatyana Sidorovanın və onun ailəsinin üç üzvünün oğurlanmasında və qətlində iştirakda ittiham olunurdu.

Qeyd edək ki, 16 may 2024-cü ildə məhkəmə Medvedevi bütün ittihamlar üzrə təqsirli bilib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçevanın sözlərinə görə, kriminal aləmdə bu adamı "bir nömrəli qanuni oğru" adlandırırlar.


Etiketlər:  Kriminal aləmdə nömrəli qanuni oğru Şişkana cəza verildi


RƏYLƏR