Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Bu ölkə İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etdi

Tarix: 12 Iyun 2024 09:44

Maldiv adaları İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Fələstində və Qəzza zolağında baş verən hücumlar bütün dünyada reaksiyaya səbəb olsa da dünyada ilk dəfə bir ölkə İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Ölkənin əsas müxalifət partiyası olan Maldiv Demokratik Partiyasının (MDP) Nazirlər Şurasına təqdim etdiyi və İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişinin qarşısını alan qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul edilib.

Yekun səsvermədən sonra ikili vətəndaşlığı olanlar da daxil olmaqla bütün İsrail pasportu olan şəxslərin Maldiv adalarına girişi qadağan ediləcək.

Milli.Az


Etiketlər:  Bu ölkə İsrail vətəndaşlarının ölkəyə girişini qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ