Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransuaza Hardi vəfat etdi - FOTO

Fransuaza Hardi vəfat etdi - FOTO

Tarix: 12 Iyun 2024 10:28

Dünyaca məşhur fransalı müğənni və aktrisa Fransuaza Hardi vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı 80 yaşında dünyasını dəyişib. Bu barədə sənətçinin oğlu, fransalı musiqiçi Tomas Dutronc məlumat yayıb. O, anasının hansı səbəbdən öldüyünü açıqlamasa da, məlumdur ki, müğənni uzun illər limfoma ilə mübarizə aparıb.

Qeyd edək ki, Fransuaza 2019-cu ildə xərçəng diaqnoz qoyulduğunu açıqlayıb. O, beş il sonra, 2024-cü ildə bir daha heç vaxt mahnı oxuya bilməyəcəyini açıqlayıb.

F.Hardi 1960-cı illərdə yaranan Ye-Ye gənclər musiqi hərəkatının aparıcı simalarından olub. 2006-cı ildə müğənni Fransa Akademiyası tərəfindən təsis edilmiş Fransız Şansonunun Böyük Medalına layiq görülüb. 2023-cü ildə ifaçı Amerikanın "Rolling Stone" jurnalının versiyasına görə bütün dövrlərin 200 ən böyük müğənnisi siyahısına daxil edilib.


Etiketlər:  Fransuaza Hardi vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ