Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşıl soğanın möcüzəvi faydaları

Yaşıl soğanın möcüzəvi faydaları

Tarix: 13 Iyun 2024 04:06

Yaşıl soğan bədən hüceyrələri üçün birləşdirici toxuma olan çoxlu miqdarda kollagen ehtiva edir.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bunu diyetoloq Yelena Solomatina müsahibəsində bildirib.

Onun sözlərinə görə, kollagen olmadan insan formada qala bilməz.

Mütəxəssis izah edib ki, kollagen xüsusilə yaşlı insanlar üçün vacibdir. O tədricən azalır və özünü daha pis yeniləyir, bu da oynaqların sümükləşməsinə, əzələlərin sərtləşməsinə, qırışların yaranmasına, diş ətinin zəifləməsinə və gözdə dəyişikliklərə səbəb olur.

Dietoloq qeyd edib ki, soğanın tərkibində C vitamini və həzmi stimullaşdıran üzvi turşular, həmçinin bol miqdarda lif var.

Umumilkdə isə yaşıl soğanın faydalarına nəzər salaq.

Salatlarda, bəzən də müxtəlif yeməklərdə istifadə edilən yaşıl soğan faydalarına görə mütəxəssislər tərəfindən tez-tez tövsiyə edilən bir qidadır. Az kalorili qida olan yaşıl soğan lif, zülal, karbohidratlar, yağlar, A və C vitaminləri, kalium, kalsium və dəmirlə zəngindir.

İmmunitet sistemini dəstəkləyir: Yaşıl soğanın immunitet sistemini dəstəkləyən hüceyrələrin səviyyəsini və aktivliyini artırdığı müşahidə edilib. Bu, immunitet sistemini gücləndirməyə kömək edir və bədəndə baş verən xəstəliklərin və infeksiyaların qarşısını alır.

Qanın laxtalanmasına kömək edir: Qanın laxtalanması həyatımız üçün çox vacibdir. Biz yaralananda qanaxmanı dayandırmaq üçün qan laxtalanmalıdır. Qandakı trombositlər və plazma qanın laxtalanmasını təmin edir. K vitamini də qanın laxtalanmasında mühüm rol oynayır. Yaşıl soğan K vitamini mənbəyidir. Belə ki, yarım dəstə yaşıl soğan gündəlik K vitamini ehtiyacınızı qarşılaya bilər.

Ürək Sağlamlığını qoruyur: 2011-ci ildə aparılan bir araşdırma soğan ekstraktının ümumi xolesterin, pis (LDL) xolesterol və trigliseridlər kimi bir çox ürək xəstəliyi risk faktorlarını əhəmiyyətli dərəcədə azaltdığını göstərib. Fərqli bir araşdırmada yaşıl soğan ekstraktı ilə müalicə olunan siçanların qan axınının yaxşılaşdığı sübut edilmişdir. Bundan əlavə, yaşıl soğanın tərkibində olan K vitamini də ürək sağlamlığını qoruyur. Tədqiqatlar sübut etdi ki, K vitamini damar divarında kalsium çöküntülərinin qarşısını alır, beləliklə damarların sərtləşməsinin qarşısını alır.

Sümükləri gücləndirir: Yaşıl soğan yüksək miqdarda K vitamini ilə ürək xəstəlikləri və qan laxtalanma riskini azaltmaqla yanaşı, sümükləri də gücləndirir. K vitamini sümüklərdə kalsiumu saxlamaq və sümük sıxlığını artırmaq üçün lazım olan zülalın istehsalını təmin edir, beləliklə sümük sıxlığını yaxşılaşdırır.

Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır: Yaşıl soğanın ən əhəmiyyətli faydalarından biri xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almasıdır. 2012-ci ildə aparılan elmi araşdırmada yoğun bağırsaq xərçəngi olan siçanlara bir müddət yaşıl soğan ekstraktı verilib. Tədqiqat nəticəsində sübut olunub ki, yaşıl soğan ekstraktı şişlərin böyüməsini ləngidir, infeksiyanı azaldır və ən əsası siçanların sağ qalma faizini artırır. Daha çox soğan istehlakı prostat xərçəngi riskini 30 faizə qədər azaldır. Yaşıl soğanın tərkibində xərçənglə mübarizədə mühüm rol oynayan allisin adlı birləşmə var.

Arıqlamağa kömək edir: Qida dəyəri ilə zəngin qida olan yaşıl soğanın kalorisi azdır. Tərkibində yüksək lif olan yaşıl soğan qəbizliklə mübarizə aparır. Gündəlik lif ehtiyacınızın demək olar ki, 10 faizini ödəyir. Bağırsaq sağlamlığını qoruyur və arıqlamağa kömək edir.
2011-ci ildə aparılan araşdırmada siçanlar 6,5 həftə ərzində yalnız yaşıl soğanla qidalanıb. Tədqiqatın sonunda siçanların bədən çəkisinin azaldığı, xüsusən də yağ hüceyrələrinin kiçilməsi müşahidə edilib. 


Etiketlər:  Yaşıl soğanın möcüzəvi faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ