Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2024 06:10
Məşhur iş adamı və innovator İlon Mask "Apple"ın "ChatGPT" inteqrasiyasına qarşı çıxıb və şirkətlərində bu cihazlardan istifadəyə qadağa qoyacağını deyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında yazıb:
"Əgər "Apple" "OpenAI" əməliyyat sistemi səviyyəsində inteqrasiya edərsə, bu cihazlar mənim şirkətlərimdə qadağan olunacaq. Bu, yolverilməz təhlükəsizlik pozuntusudur", - deyə o paylaşımında bildirib.
O, həmçinin "Apple" şirkətinin icraçı direktoru Tim Kukun "X" hesabındakı postunun altında da xəbərdarlıq edib.
"Ya bu qorxunc casus proqramı dayandırın, ya da bütün "Apple" cihazları mənim şirkətlərimdə qadağan olunacaq",- deyə Mask yazıb.
Qeyd edək ki, "Apple" 10 iyun tarixində keçirilən WWDC 2024 tərtibatçılar konfransında cihazları üçün əməliyyat sistemlərinin yeniləmələrini təqdim edib. Xüsusilə, şirkət "iPhone" və "Mac" üçün süni intellekt əsaslı funksiyalar toplusu olan "Apple Intelligence"ı təqdim edib və "ChatGPT"nin "Siri" səsli köməkçisinə inteqrasiyasını elan edib.
"Apple"dan bildirilib ki, "Siri" tapşırığı yerinə yetirə bilmədikdə istifadəçiyə çat-bota müraciət etməyi təklif edəcək. Şirkət, istifadəçinin icazəsi olmadan səsli köməkçinin "ChatGPT"dən istifadə etməyəcəyinə söz verib. "Apple" həmçinin "Apple Intelligence"ın yalnız cihazda işlədiyini və məlumatları uzaq serverə göndərmədiyinə zəmanət verib.