Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

G7 ölkələri Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya 50 milyard dollar ayıracaq

G7 ölkələri Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya 50 milyard dollar ayıracaq

Tarix: 13 Iyun 2024 07:40

G7 ölkələrinin liderləri bu gün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə olunmaqla Ukraynaya 50 milyard dollar kreditin verilməsinə dair razılaşmanı elan etmək niyyətindədir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, danışıqlar aparan tərəflər sövdələşməni elə strukturlaşdırıblar ki, bütün iştirakçı ölkələr riskləri bölüşsünlər.

"Bu kredit əsasən Birləşmiş Ştatlar tərəfindən veriləcək və Avropadan gələn pullarla tamamlanacaq", - mənbə deyib.

Qeyd olunur ki, Rusiya səhmlərindən əldə edilən mənfəət ehtiyacları ödəmək üçün kifayət etməyəcəyi təqdirdə ölkələr xərclərin necə bölüşdürüləcəyini müzakirə edirlər.

Milli.Az


Etiketlər:  ölkələri Rusiyanın dondurulmuş səhmlərindən Ukraynaya milyard dollar ayıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ