Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO

Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO

Tarix: 15 Iyun 2024 19:20

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasovaya ağır itki üz verib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, sənətçinin qayınanası dünyasını dəyişib.

Sosial media hesabında paylaşım edən aktrisa bu sözləri qeyd edib:

"Və son. Dünən canım anam evimdə mələk oldu. Sənə "qayınana" deyə bilmirəm, çünki mənə analıq etmisən. Gözəl anam, sən evimin dirəyi idin. Sən anaların anası idin, mələk üzlüm. Yaxşılıq, yardımsevər bir qadın idin, anam. Hamımız pərişanıq. Səndən ötrü çox darıxacağıq. Yaxşı ki, mənim anam oldun. Yaxşı ki, uşaqlarımın sənin kimi nənəsi oldu. Dünən mənə son baxışlarını, mənə "əlvida" deyə əl etməyini əsla unutmayacağam. Haqqın ödənməz. Məkanın cənnət olsun, nurlar içərisində yat! Allah sənə rəhmət etsin!"


Etiketlər:  Məlahət Abbasovanın ailəsinə ağır itki FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ