Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi?

Tarix: 17 Iyun 2024 20:50

Qazaxıstanın İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə iştirak etməməsinin səbəbi açıqlanıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

O, beynəlxalq tədbirlərin qrafikinə görə bunun baş tutmadığını deyib.

Onun sözlərinə görə, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

Xatırladaq ki, Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.


Etiketlər:  Qazaxıstan Ukrayna sammitində niyə iştirak etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ