Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2024 04:08
Telefon müxtəlif səbəblərə görə gec doldurula bilər.
Sonxeber.net lent.az-a istinadən həmin səbəblərin bir neçəsini təqdim edir:
Telefon sarj olunarkən istifadə etmək
Şarj olunan telefonu toxunmamaq məsləhətdir. Ondan istifadə edirsinizsə, təbii ki, gec enerji yığacaq. Bu vərdişdən imtina etsəniz, telefonunuzun daha sürətli doldurulduğunu görəcəksiniz.
Orijinal olmayan şarj alətindən istifadə
Siz şarj cihazını dəyişdirdikdən sonra telefonunuz yavaş doldurulmağa başlayıbsa, deməli, orijinal olmayan alətdən istifadə edirsiniz. Çalışıb orijinal alətə qayıdın, ya da keyfiyyətli bir şarj cihazı seçin.
Telefonun şarj yerinə diqqət edin
Telefonu şarj alətinə taxarkən orada boşluğun olub olmamasına diqqət yetirin.
Batareya problemləri
Batareyanın vəziyyətini yoxlayın. O şişibsə, dərhal çıxarın və yenisini quraşdırın.
Mobil telefonun köhnəlməsi
Hər kəs bilir ki, telefonların istifadə edilmə müddəti var. Artıq uzun müddətdir ki, qadcetdən istifadə edirsinizsə, deməli, dəyişdirməyin vaxtıdır.