Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2024 15:16
Polşa dövləti ermənini beynəlxalq axtarışa verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü İrəvanda doğulan Arsen Xaçatryan qəsdən adam öldürməyə cəhddə təqsirləndirilir.
Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq istintaqa cəlb olunması istiqamətində dövlətlərarası axtarış elan edilib.
Məlumatda qeyd edilib ki, Arsen Xaçatryan Ermənistan vətəndaşı olmaqla yanaşı, həmçinin Rusiya pasportu da daşıyır.