Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 16:16
Z"irə” Azərbaycan Premyer Liqasında 50-ci qələbəsini qazanıb.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley 12-ci turun “Keşlə” ilə matçına təsadüf edib.
3:1 hesabı ilə qalib gələn “qartallar” 2015-ci ildə debüt etdikləri yüksək dəstədə 50-ci dəfə üç xala sevinib. Bu, komandanın 132-ci görüşündə qeydə alınıb. Qələbələrdən 31-i ev, 19-u səfərdə əldə olunub.
“Keşlə” ilə matç baş məşqçi Zaur Həşimovun rəhbərliyi altında əldə olunan ilk qələbə kimi də tarixə düşüb. O, komandanın “sükanı arxası”nda qələbə sevinci yaşayan 4-cü mütəxəssisdir. Onadək Adil Şükürov 21, Ayxan Abbasov 18, Samir Abasov 10 dəfə “Zirə”nin qələbəsində pay sahibi olub.
Mövsümdə 3-cü dəfə qalib gələn qəsəbə təmsilçisi əvvəlki 4 turnirdə 47 dəfə rəqiblərini məğlub edib: 2015/16 – 17, 2016/17 – 10, 2017/18 – 12, 2018/19 – 8.
“Zirə” “Keşlə”ni 5-ci dəfə məğlub edib. Premyer Liqada qarşılaşdığı 11 komandadan 10-na qalib gələn “qartallar” yalnız “Qarabağ”dan üç xal almayıb: “Sumqayıt” – 10, “Neftçi” – 9, “Kəpəz”, AZAL, “Keşlə” – 5, “Qəbələ”, “Səbail”, “Xəzər Lənkəran” – 4, “Rəvan” – 3, “Sabah” – 1.