Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 16:36
Bakı. Trend:
Noyabrın 20-də "Opalus Partners Group" şirkətinin ilk, "HR Business Partnership" təlimi baş tutub.
Silsilə şəklində keçirilməsi planlaşdırılan "HR Business Partnership" təlimində HR mütəxəssisləri bir araya toplaşıb, onlar biznes tərəfdaşlığı sahəsində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmışlar. Təlimdə eyni zamanda, ayrı-ayrı şirkətlər arasında tərəfdaşlıq münasibətlərinin qurulması imkanları araşdırılmışdır.
Bütün təlim iştirakçılarına aktiv olduqlarına görə, təlimi daha da maraqlı etdiklərinə görə öz təşəkkürümüzü bildiririk. Bu dəfəki təlimimiz bir gün ərzində keçirildi, lakin bu geniş mövzu üçün bir günün kifayət etmədiyinə görə növbəti təlimimizi iki gün ərzində keçirməyə qərar verdik. Tezliklə növbəti təlim haqqında məlumatı sizinlə paylaşacağıq. Bizi izləyin!
"Opalus Partners Group" tərəfindən növbəti korporativ təlimlərin də tezliklə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “Opalus Partners Group” şirkəti İnsan Resursları barədə məsləhətlər almaq və qərarlar qəbul etmək istəyən müəssisələrə xidmət göstərir. Bu, “Opalus Partners Group”a müraciət edən müəssisə və təşkilatlara daha yaxşı, işgüzar qərarlar verməyə və daha yaxşı iş yeri qurmağa imkan verir.
Şirkətin əsas məqsədi öz təcrübəsindən yararlanaraq digər təşkilatlara İR funksiyası startapı, İR strategiyası yaratmağa yardım etmək, əmək haqqının idarə edilməsi, həvəsləndirici amillər planının hazırlanması və digər sahələr üzrə bir sıra korporativ təlimlər keçirməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin