Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kilian Mbappe ilə PSJ arasında 100 milyonluq maaş QALMAQALI

Kilian Mbappe ilə PSJ arasında 100 milyonluq maaş QALMAQALI

Tarix: 22 Iyun 2024 16:20

PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə 100 milyon avro məbləğində maaş borcu var.

Milli.Az lent.az-a istinadən bildirir ki, mənbənin məlumatına görə, Paris klubu Mbappenin maaşını və müxtəlif mükafatlarını 2024-cü ilin aprelindən bəri ödəmir. 25 yaşlı futbolçunun tərəfinin pulun ödənilməsi tələbi ilə PSJ-yə rəsmi bildiriş göndərdiyi vurğulanır.

Münaqişənin məhkəmədə həllini gözləyərkən hər iki tərəf bir-birindən kəskin şəkildə fərqlənən hadisələrin öz versiyalarını əks etdirən məktublar mübadiləsi aparıblar.

Xatırladaq ki, Mbappe ötən mövsümün sonunda Paris klubundan ayrılıb. İyunun 3-də "Real" rəsmi olaraq 25 yaşlı hücumçunun onların oyunçusu olduğunu elan edib. Mbappe hazırda Fransa millisinin tərkibində Avropa çempionatında mübarizə aparır.

Milli.Az


Etiketlər:  Kilian Mbappe ilə PSJ arasında 100 milyonluq maaş QALMAQALI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ