Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağıstan olayı Rusiyanı silkələdi: böyük narahatlıq var

Dağıstan olayı Rusiyanı silkələdi: böyük narahatlıq var

Tarix: 24 Iyun 2024 15:40

Dağıstandakı hadisə böyük narahatlıq yaradır. Nəzərə alaq ki, Dağıstan çoxmillətli respublikadır və o, hər zaman Qərb kəşfiyyatının, eləcə də beynəlxalq terror təşkilatlarının diqqət mərkəzində olub.

Sonxeber.net xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Baku TV-yə iyunun 23-də Dağıstanda baş verən terror aktlarını şərh edərkən deyib.

"Mahaçqala və Dərbənddəki hadisə göstərir ki, Dağıstanda sıralarına beynəlxaq terrora meyilli olan yerli şəxsləri cəlb edən və xüsusi hazırlanmış beynəlxaq şəbəkə yaradılıb. Bu ərazilərdə baş verənlər, müqəddəs yerlərə - pravoslav kilsəsinə, qinaqoqa hücum cəhdləri birbaşa regionda vəziyyəti destabilləşdirməyə yönəlib. Bu, həm də Şimali Qafqazda ikinci cəbhə yaradıb, onu genişləndirmək cəhdidir. Unutmayaq ki, Qərb analoji addımları Cənubi Qafqazda da atır. Bunun arxasında isə Fransa və ABŞ kimi oyunçular dayanır.

Dağıstandakı hadisələrə gəlincə, kəşfiyyata və güc strukturlarına yaxın olan bir neçə rusiyalı mütəxəsisin fikrincə, bu, həm də Britaniya kəşfiyyatının Rusiya ərazisində vəziyyəti gərginləşdirmək cəhdləridir. Yaxın zamanda FTX və polis əməkdaşları vəziyyəti nəzarətə alacaq. Amma hər şeyi dəqiqliklə etmək lazımdır ki, regionda oxşar hadisə bir daha təkrarlanmasın", - o bildirib.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə baş verən teraktlarda ən azı 17 poli, 4 mülki şəxs ölüb.


Etiketlər:  Dağıstan olayı Rusiyanı silkələdi böyük narahatlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ