Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 08:16
ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" bu il işçilərinin azı 14 faizini ixtisar edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin daxili məlumatlarına əsasən məlumat yayıb.
Teslanın elektron poçt siyahısında "bütün işçilər üçün" kateqoriyasında müvəqqəti işçilər də daxil olmaqla, iyunun 17-də 121 mindən bir qədər çox insan olub. 2023-cü ilin dördüncü rübü üçün açıqlanmış rəsmi hesabatda isə dekabrın sonunda şirkətdə 140,47 min nəfərin işlədiyi bildirildi.
Şirkətin baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək "Tesla"nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə də veriləcək.
İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zamana İ.Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.
Qeyd edək ki, "Tesla"nın gəliri bu ilin birinci rübündə 9 faiz azalıb və bu, 2021-ci ildən bəri ən böyük azalmadır.