Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 15:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, Azərbaycan vətəndaşlarının hüquqları etibarlı şəkildə qorunur.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, gənc nəslinin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvəplik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi onlarda özünü daha aydın şəkildə göstərəcək:
“Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”.
Ə.Əhmədov qeyd edib ki, ölkənin bu günkü vəziyyəti 1990-cı illərin əvvələrində mövcud olan Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənir, bugünki gercəklilər o zamankılardan tam seçilir:
“Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”.
Baş anzirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün çox ciddi layihələr uğurla həyata keçirilir. Bu layihələr öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir: “Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir necə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb”.
Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, Azərbaycanm dövlətinin prioritet istiqamətlərindən biri təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin