Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan NATO sammitində iştirak edəcək

Ermənistan NATO sammitində iştirak edəcək

Tarix: 28 Iyun 2024 22:10

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaş formatı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənisan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

"Ermənistan Vaşinqtonda keçirilən NATO sammitinin tərəfdaş formatı tədbirində və təşkilatın 75-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib", - deyə Badalyan bildirib.

Qeyd edək ki, Obrayen ABŞ-da keçiriləcək NATO sammitinin tərəfdaş formatına Azərbaycan və Ermənistanın dəvət edildiyini bu gün açıqlamışdı.

Milli.Az


Etiketlər:  Ermənistan NATO sammitində iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ