Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentina baş məşqçisiz qalıb: Bir oyunluq

Argentina baş məşqçisiz qalıb: Bir oyunluq

Tarix: 29 Iyun 2024 14:36

Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mütəxəssis Amerika kubokunun III turunu buraxmalı olacaq.

Skaloni Çili ilə II turun görüşü zamanı ikinci hissəyə gecikdiyi üçün bir matçlıq diskvalifikasiya edilib. Bu üzdən baş məşqçi Peru ilə qarşılaşmanı buraxacaq.

Skaloni 15 min dollar cərimə də ödəməlidir. Çilinin baş məşqçisi Rikardo Qareka da həmin matçda fasilədən gec qayıdıb. O, rəqib məşqçi ilə eyni cəza alıb.

Qeyd edək ki, Argentina Çiliyə 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az


Etiketlər:  Argentina baş məşqçisiz qalıb oyunluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ