Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula 1'' üzrə Avstriya Qran-prisinin qalibi Corc Rassel olub

''Formula 1'' üzrə Avstriya Qran-prisinin qalibi Corc Rassel olub

Tarix: 30 Iyun 2024 22:56

"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi "Mersedes" komandasının pilotu Corc Rassel olub.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, böyük britaniyalı pilotun qələbəsi "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Lando Norrisin idarə etdiyi avtomobillərin toqquşmasından sonra rəsmiləşib.

"Spilberq" trasında baş tutan yarışın yekun nəticələrinə görə ikinci pilləni digər "Maklaren" pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Ferrari" komandasının üzvü Karlos Sayns qapayıb. Ötən gün baş tutan sıralama turunun qalibi Maks Ferstappen isə beşinci olub.

Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi iyulun 5-dən 7-nə qədər Böyük Britaniyada keçiriləcək.


Etiketlər:  Formula üzrə Avstriya Qran prisinin qalibi Corc Rassel olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ