Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı

Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı

Tarix: 26 Noyabr 2019 13:06

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Gürcüstandan "Volkswagen Golf" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Mazımçay" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı it avtomobilin sürücüsünə reaksiya verib. Şəxsi yoxlamadan əvvəl şifahi sorğu-sual olunan vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində kağıza bükülü, ümumi çəkisi 1 qram olan marixuana bitkisi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı


Etiketlər:  Gürcüstandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlandı


RƏYLƏR