Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur qrup dağıldı - FOTO

Məşhur qrup dağıldı - FOTO

Tarix: 5 Iyul 2024 13:25

Türkiyənin məşhur "KÖFN" qrupu dağılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qrup üzvləri Salman Tin və Bilge Kaan Etil karyeralarını ayrıca davam etdirmək qərarına gəliblər. Qeyd olunub ki, buna səbəb Etilin bir müddət xaricdə yaşamaq qərarına gəlməsidir.

Qrupun birlikdə yeni layihələr hazırlamayacağı, yalnız birgə konsertlər verəcəyi bildirilib. 

Qeyd edək ki, onların instaqramda bir-birini izləmədən çıxarmasından sonra qrupun dağılması ilə bağlı şayiələr yayılmışdı.

Onu da xatırladaq ki, 2018-ci ildə yaradılan qrup "Bi tek ben anlarım" mahnısı ilə məşhurlaşıb.

Milli.Az


Etiketlər:  Məşhur qrup dağıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ