Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” daha çox pul təklif etsə də... - Kadi buna görə gəlməyib

“Qarabağ” daha çox pul təklif etsə də... - Kadi buna görə gəlməyib

Tarix: 8 Iyul 2024 20:12

Braziliyalı yarımmüdafiəçi Kadi Borxesin "Qarabağ"a qayıtmaması müzakirə mövzusuna çevrilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Macarıstanın "Ferentsvaroş" klubuna keçən vingerin Azərbaycan klubu əvəzinə, fərqli komandanı seçməsi tənqid edilib.

Ağdam klubunun Kadi üçün çıxış etdiyi Rusiyanın "Krasnodar" klubuna daha az məbləğ təklif etdiyi deyilir.

Əldə etdiyimiz məlumata görə isə, "Qarabağ" Kadi üçün "Ferentsvaroş"dan daha çox transfer ödənişi təklif edib. Hətta Ağdam təmsilçisi futbolçunun özü ilə də razılıq əldə edib.

Lakin "Krasnodar" braziliyalı oyunçunu Azərbaycan klubuna satmaqdan imtina edib. "Qarabağ" nə qədər israr etsə də, rusiyalılar fikrindən daşınmayıb. 

Qeyd edək ki, hələ Kadi "Krasnodar"a gedərkən "Qarabağ" onu satmaq istəməyib. Lakin futbolçunun müqaviləsində yer alan 5 milyonluq transfer məbləği bəndinə görə məcbur oyunçunu buraxmalı olub.

Xatırladaq ki, Kadi Borxes 2021/22-ci illərdə "Qarabağ"da çıxış edib.

Milli.Az


Etiketlər:  Qarabağ daha çox təklif etsə Kadi buna görə gəlməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ