Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsti havalarda tez-tez dondurma yemək olmaz! - Həkimdən maraqlı açıqlama

İsti havalarda tez-tez dondurma yemək olmaz! - Həkimdən maraqlı açıqlama

Tarix: 16 Iyul 2024 00:45

İsti havalarda daha çox meyvə və tərəvəz yemək, dondurmanı məhdudlaşdırmaq və enerji içkilərindən imtina etmək lazımdır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu "Ura.ru"ya həkim Olqa Malinovskaya deyib.

"İsti havalarda maye ilə zəngin qidalara üstünlük verilməlidir: meyvələr, giləmeyvələr, tərəvəzlər bu qəbildəndir. Bu cür qidalar bədənin tələb etdiyi gündəlik suyun üçdə birinə qədərini ehtiva edə bilərlər. Meyvə və tərəvəzlərdə, həmçinin sağlamlıq üçün vacib vitaminlər və mikroelementlər var", - Olqa Malinovskaya bildirib.

O, isti havalarda tez-tez dondurma yeməyi məsləhət görməyib. Həkim bunun səbəbini belə izah edib:
"Dondurma yalnız qısa müddətə bədəni soyuda bilər. Ancaq sonra bədən dondurmaya cavab olaraq istiliyini artıracaq. Bu da istiyə daha dözümsüz olmağınızla nəticələnəcək".

Olqa Malinovskaya, həmçinin spirtli içkilərdən, enerji içkilərindən və həzm olunması çətin olan qidalardan imtina etməyi tövsiyə edib.

Həkim insanları isti havalarda kofeindən də imtina etməyə çağırıb: "Kofein ürək döyüntüsünü artırır və ürəyə əlavə yük yaradır".


Etiketlər:  İsti havalarda dondurma yemək olmaz Həkimdən maraqlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ