Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2024 15:12
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını alqışlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Türkiyə Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin öz məcrasına qayıtmasını bölgədə sabitlik və əməkdaşlıq ruhu üçün vacib hesab edir", - bəyanatında bildirilib.
Qeyd edək ki, ötən gün Azərbaycan XİN Tehranda səfirliyimizin fəaliyyətini yeni binada bərpa etdiyini və səfirlik əməkdaşlarının iş yerinə qayıtdığını elan edib.