Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, göz xəstəliklərinin qarşısını alır

Bu, göz xəstəliklərinin qarşısını alır

Tarix: 18 Iyul 2024 08:12

Antioksidant əlavələrin (C, E vitaminləri və beta-karotin) qəbulu yaşla bağlı quru makula degenerasiyasının gedişatını yavaşladır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Milli Göz İnstitutunun Epidemiologiya və Klinik Tətbiqlər Bölməsinin alimləri müəyyən ediblər.

Bildirilib ki, bu xəstəlik yaşlı insanlarda mərkəzi görmə itkisinin əsas səbəbidir.

Adıçəkilən xəstəliyin inkişafını yavaşladan amilləri müəyyən etmək üçün tədqiqatçılar 1 209 xəstənin tor qişasının şəkillərini təhlil ediblər. Onlar əlavə olaraq gözlərdə coğrafi atrofiya sahələrinin yerini və yayılma sürətini hesablayıblar. Sonda bu məlumatlar iştirakçıların həyat tərzi vərdişləri ilə müqayisə edilib.

Nəticələr göstərib ki, antioksidant qida əlavələri (beta-karoten, C və E vitaminləri) orta və gec mərhələdəki makula degenerasiyasının inkişafına mane ola bilir.

Orta hesabla, üç il ərzində əlavələrin qəbulu xəstəliyin inkişaf sürətini 55% azaldır.

Əlavə tədqiqatlar beta-karotenin lutein və zeaksantin antioksidantları ilə əvəz edilməsinin qoruyucu effekti artırdığını göstərib.


Etiketlər:  göz xəstəliklərinin qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ