Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzü arıqlatmaq mümkündür?

Üzü arıqlatmaq mümkündür?

Tarix: 18 Iyul 2024 19:57

Üz nahiyəsini arıqlatmaq mümkündürmü?

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bununla bağlı türkiyəli estetik və plastik cərrahiyyə mütəxəssisi Ufuk Askeroğlu açıqlamalar verib. O, xüsusilə qadınların ən böyük problemi olan üz nahiyəsinin arıqladılması üçün nələr edilə biləcəyindən danışıb.

Ufuk Askeroğlunun sözlərinə görə, üz nahiyəsindəki piylər və çəki dəyişiklikləri əsasən bədənin digər hissələrindəki yağlanma ilə birlikdə müşahidə olunur. Ancaq üzdəki piylənmə və ya çəki artımı insanın ümumi görünüşünə təsir edə bilər.

Üzdə piylənmə adətən genetik faktorlar, yaşlanma prosesi və həyat tərzi vərdişləri ilə əlaqəlidir. Xüsusilə yanaqlar, çənə, boyun və gözaltı nahiyələrindəki piylər insanın üzünün dolğun və yuvarlaq görünməsinə səbəb ola bilər.

Üzdəki piylənmə estetik problem olmaqla yanaşı, həm də sağlamlıqla bağlıdır. Olduqca artıq çəki (piylənmə) halında üzdəki piylər daha çox nəzərə çarpır ki, bu da ürək xəstəliyi riski kimi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Buna görə də üzdəki piylənmə nəzarət altına alınmalı və sağlam çəkinin əldə edilməsinə səy göstərilməlidir.

Bədəndəki ümumi piylənmənin azalması üz piylərinin də azalmasına kömək edə bilər. Bədəndəki piylənmə nisbəti sağlam qidalanma vərdişləri və müntəzəm idmanla azaldıla bilər. Həmçinin bəzi üz məşqləri ilə üz əzələlərini gücləndirərək, üz xəttlərini sıxlaşdırmaq və onları daha nəzərəçarpan etmək mümkündür. Məsələn, üz yoqası hərəkətləri və ya üz əzələlərini hədəf alan məşqlər bu üsullardan biridir.

Sağlam və balanslaşdırılmış qidalanma proqramı bədən çəkisinin nəzarət altında saxlanmasına və üz piylərinin azaldılmasına kömək edə bilər. Fast-food kimi qidalardan uzaq durmaq və meyvə-tərəvəzlərin üstünlük təşkil etdiyi diyetlərin seçilməsi tövsiyə olunur. Kifayət qədər su içmək dərinin nəm balansının qorunmasına və üzdəki şişkinliyini azalmasına yardım edə bilər.

Sağlam həyat tərzi və uyğun üsullarla çəkiyə nəzarət etmək, bu yolla da üzdəki piy problemini həll etmək olar. Ancaq hər bir halda mütəxəssis həkimdən dəstək almaq və doğru yanaşma tərzi zəruridir.


Etiketlər:  Üzü arıqlatmaq mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ