Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mourinyo üzr istədi

Mourinyo üzr istədi

Tarix: 27 Noyabr 2019 15:52

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Olimpiakos"la matçdan sonra futbolçusu Erik Dayerdən üzr istəyib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis bunu yarımmüdafiəçini əvəzlədiyi üçün edib:

"Demək istədiyim ilk şey Erik Dayerdən üzr istəməkdir. Onun üçün asan bir vəziyyət deyil. Bu qərarı komanda üçün bir həll yolu tapmağa görə verdim. Dele Ali ilə opynaya bləcək bir futbolçuya ehtiyac var idi. Ümid edirəm ki, tərəflər bunu anlayıb”.

Xatırladaq ki, “Tottenhem” “Olimpiakos”a 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
 


Etiketlər:  Mourinyo üzr istədi


RƏYLƏR