Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Biz uzun illər faktların manipulyasiyasının qurbanı olmuşuq

Prezident: Biz uzun illər faktların manipulyasiyasının qurbanı olmuşuq

Tarix: 20 Iyul 2024 16:36

Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olur. Yəni, faktların manipulyasiyası, yanlış narrativlər, biz uzun illər ərzində bunun qurbanı olmuşuq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər".

Milli.Az


Etiketlər:  Prezident uzun illər faktların manipulyasiyasının qurbanı olmuşuq


RƏYLƏR