Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hollivudun iki nəhəngi bir-birinə nifrət edir

Hollivudun iki nəhəngi bir-birinə nifrət edir

Tarix: 21 Iyul 2024 17:40

Aralarında soyuqluq olan Hollivud ulduzları Bred Pitt və Tom Kruzun ədavəti indi İngiltərəyə yayılıb. Çünki Bred Pitt orada film çəkir, Tom Kruz isə yaşayır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "İn Touch" nəşri yazıb.

Nəşrin məlumatına görə, Tom Kruz Pitin çəkdiyi "Formula-1" filmi ilə ona mane olmağa çalışır.

"Aktyorlar 1994-cü ildə "Vampirlə müsahibə" filminin çəkilişləri zamanı yaranan fikir ayrılıqlarını heç vaxt aradan qaldıra bilməyiblər. Ona görə də onlar 30 ildir bir yerdə işləmirlər. Onlar bunu açıq şəkildə ifadə etmirlər, amma sirr deyil ki, bir-birlərinə dözə bilmirlər. İndi də Bred İngiltərədə çəkiliş apardığına görə Tom ona mane olmaq üçün hər fürsətdən istifadə edir", - nəşr bildirib.


Etiketlər:  Hollivudun nəhəngi birinə nifrət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ