Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dietoloq''ların bu zərərli məsləhətinə əməl etməyin!

''Dietoloq''ların bu zərərli məsləhətinə əməl etməyin!

Tarix: 24 Iyul 2024 08:54

Gün keçdikcə sosial şəbəkələrdə peyda olan dietoloqların, qidalanma üzrə mütəxəssislərin də sayı artır. Təəssüf ki, onların məsləhətləri insanlara kömək etməkdən daha çox zərər verə bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Qida Sistemləri üzrə Federal Elmi Mərkəzinin direktoru Oksana Kuznetsova bildirib.

"Sosial şəbəkələrdə dırnaqarası dietoloqların tez-tez verdiyi məsləhətlərdən biri çiy qida pəhrizidir. Ancaq yalnız bişməmiş, bitki mənşəli qidaları yeməməlisiniz. Pəhriz balanslı olmalıdır", - o deyib.

Mütəxəssis qeyd edib ki, populyarlıq baxımından ikinci yerdəki pis məsləhət ətdən imtina etməkdir: "Ətdə orqanizm üçün lazım olan bir çox komponent var.

Üçüncü yerdə müxtəlif, qeyri-adi pəhrizlər və elmi tərəfi olmayan qidalanma rejimləri durur. Pəhrizinizi kəskin şəkildə dəyişdirməzdən əvvəl qan verməli, orqanizmdə hansı elementlərin çatışmadığını başa düşməli və bundan sonra qidalanma rejiminizi qurmalısınız. Bir çox insan blogerləri dinləyərək radikal pəhrizlərə davam edir və bədənlərinə zərər verirlər".

Onun sözlərinə görə, indi məşhur olan bir fikirlərdən biri də budur:

"Pəhrizdən sonra enerji və yüngüllük varsa, deməli, hər şey qaydasındadır" fikri geniş yayılıb. Halbuki əslində bədən sadəcə səfərbər olur və son gücünü vəziyyəti normada saxlamağa sərf edir".

Mütəxəssis həmçinin zülallara və ya yağlara, eləcə də karbohidratlara radikal keçidlərdən çəkinməyi tövsiyə edib:

"Soya və ya küncüt kimi bir çox komponentin böyük miqdarda istehlakı orqanizm üçün zərərlidir. Bir çay qaşığı küncüt toxumundan artıq yeyə bilməzsiniz, əks halda bədənə zərər verəcəksiniz. Lakin bir çox insan bu barədə bilmir və bu məhsulları hər yeməyə əlavə edirlər".


Etiketlər:  Dietoloqların zərərli məsləhətinə əməl etməyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ