Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda rusu girov götürdülər: 650 min tələb etdilər

Ermənistanda rusu girov götürdülər: 650 min tələb etdilər

Tarix: 24 Iyul 2024 10:44

Ermənistanda Rusiya vətəndaşı Sergey Ferov oğurlanıb və geri qaytarılması üçün onun qohumlarından 650 min dollar tələb edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilib ki, hadisə iyulun 22-də baş verib. İlkin məlumatlara görə, cinayətdə 22 yaşlı Gürcüstan vətəndaşı Nikoloz Ataşov və Göyçə sakini 39 yaşlı Gevorq S. iştirak ediblər. Onlar Ferovu "Leksus" markalı avtomobilə mindirərək Tsaxkadzordakı otellərdən birinə aparıblar. Orada qohumları ilə əlaqə saxlayıb zorakılıq hədəsi altında fidyə tələb ediblər.

Daha sonra polisə əməliyyat məlumatı daxil olub və hücum edən şəxslər saxlanılıb.


Etiketlər:  Ermənistanda rusu girov götürdülər tələb etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ