Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslar Bakıda tarixi serial çəkəcək - FOTO

Ruslar Bakıda tarixi serial çəkəcək - FOTO

Tarix: 25 Iyul 2024 19:50

Payızda Bakıda "Konstantinopol" adlı tarixi serialın çəkilişləri olacaq.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalının baş prodüseri Timur Vaynşteyn azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Serialda XX əsrin əvvəllərində rusiyalı mühacirlərin çətin taleyindən danışılır.

"Ekran işində çox sayda azərbaycanlı artist yer alır, çəkilişlər Moskvada başlayıb. Bakı çəkiliş zamanı 1918-20-ci illərin Konstantinopoluna çevriləcək. Bu, böyük və Rusiya telekanalında ən çox gözlənilən işdir", - o deyib.  

Baş rollarda Aleksandr Ustüqov, Oksana Akinşina, Kirill Kyaro və Sergey Marin çəkilirlər. Serialda, həmçinin azərbaycanlı aktrisa Könül Nağıyeva yer alıb.

Serial 2025-ci ildən tez olmayaraq işıq üzü görəcək.

Fotoda Oksana Akinşina


Etiketlər:  Ruslar Bakıda tarixi serial çəkəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ