Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2024 15:08
Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.
Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.
2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.