Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər - ABŞ narahatdır

Bu hücum genişmiqyaslı müharibəyə səbəb ola bilər - ABŞ narahatdır

Tarix: 28 Iyul 2024 12:06

ABŞ səlahiyyətliləri İsrailin Qolan təpələrinə raket hücumunun İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən son dərəcə narahatdır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı Amerika rəsmilərinə istinadla məlumat yayıb.

Portal bildirir ki, Amerika rəsmiləri Qəzza zolağında atəşkəs əldə olunmasa, İsraillə "Hizbullah" arasında müharibə ehtimalının getdikcə artacağından ehtiyatlanır. Belə ki, bu, ABŞ-ı regional münaqişəyə daha da sürükləyə bilər.

Qeyd edək ki, raket hücumu zamanı yeniyetmə və uşaqlar da daxil olmaqla azı 12 nəfər həlak olub.


Etiketlər:  hücum genişmiqyaslı müharibəyə səbəb bilər ABŞ narahatdır


RƏYLƏR