Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fitso: Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər

Fitso: Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər

Tarix: 29 Iyul 2024 20:38

Ukrayna ərazisindən Rusiya neftinin nəqli bərpa olunmasa bu ölkəyə dizel yanacağının göndərilməsi dayandırılacaq.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib.

O deyib ki, ölkənin neft şirkəti olan "Slovnaft"a bununla bağlı müvafiq tapşırıq verilib.

R. Fitso həmçinin Avropa İttifaqının mövcud vəziyyətdən çıxması üçün Rusiya ilə münasibətlərə yenidən baxmalı olduğunu bildirib.


Etiketlər:  Fitso Ukraynaya dizel yanacağının göndərilməsi dayandırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ