Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yorğunluğunuzun səbəbi bu ola bilər

Yorğunluğunuzun səbəbi bu ola bilər

Tarix: 30 Iyul 2024 18:42

Əgər zəiflik, tez yorulmaq, üşümək hissi, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, anemiyanın qırmızı qan hüceyrələrinin sayının və ya hemoqlobin miqdarının azalması olduğunu ifadə edən mütəxəssislər bunun 3 səbəbinin olduğunu bildirib:

Qan itkisi, qırmızı qan hüceyrəsi (eritrosit) istehsalının pozulması, qırmızı qan hüceyrələrinin məhvinin artması.

Mütəxəssislər deyir ki, qan azlığı hesab edilən xəstədə əvvəlcə sözügedən xəstəliyin həqiqətən olub-olmadığını müəyyən etmək lazımdır. Bunun üçün qan analizləri etmək mütləqdir. Anemiyanın hansı növü olduğunu öyrənmək çox vacibdir. Çünki səbəbi tapmaq üçün qırmızı qan hüceyrələrinin böyük və ya kiçik olduğunu bilmək lazımdır.

Hamiləlik dövründə meydana gələn anemiyaların yüzdə 90-ı dəmir çatışmazlığından qaynaqlanır. Bunun xaricində fol turşusu və B12 çatışmazlığı, nadir hallarda isə talassemiya (Aralıq dənizi anemiyası) kimi hallar da görülə bilər.

Mütəxəssis deyir ki, böyüklərdə dəmir çatışmazlığı daha çox xroniki qan itkisindən qaynaqlanır. Xroniki qanaxmanın əsas səbəbləri mədə xorası, hiatal yırtıq, varikoz damarları, yoğun bağırsaq polipləri, kolit, hemoroid, qanayan bağırsaq parazitləri, sidik yollarında qanaxma, davamlı aspirin istifadəsindən qaynaqlanan qanaxma və ağciyər qanaxmalarıdır.

Əgər vegetariansınızsa, anemiyadan qorunmaq üçün bu vəziyyət barədə həkiminizə məlumat vermək və müvafiq pəhriz proqramına riayət etmək lazımdır. Əgər həkiminiz sizə dəmir preparatlarından istifadə etməyi tövsiyə edibsə, səhər yüngül səhər yeməyindən 1 saat sonra qəbul edilməlidir. Xüsusilə süd kimi qidalarla qəbul edildikdə dəmirin udulması azalır.

Aç qarına dəmir preparatlarının qəbulu bəzi mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər. Qəbizlik və nəcisin rənginin qaralması baş verə bilər. Dərmanı dayandırmazdan əvvəl bu şikayətləri həkiminizə çatdırmaq vacibdir.

Mütəxəssis bildirib ki, anemiya müalicəsi aparılmadıqda və ya gecikdikdə səhhətinizdə ciddi problemlər yaranır. Qavrama, öyrənmə və şərh funksiyaları azalır, diqqətin yayınması, yorğunluq və apatiya artır.


Etiketlər:  Yorğunluğunuzun səbəbi bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ