Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 15:16
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Qızıl top-2019" mükafatı haqda danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, mükafatı kimin qazanması ilə bağlı suala yumoristik formada cavab verib: "Mən əminəm ki, əvvəlcə "Qızıl top"u Messiyə verəcəklər. Sonra isə VAR-ı yoxlayacaqlar və onu van Deykə təqdim edəcəklər".
Qeyd edək ki, "Qızıl top"u Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messinin qazanacağı iddia olunur.