Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2024 07:40
Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva Avropa tətilinə yollanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük qızı Dilavərin ad gününü Çexiyada qeyd edib. Onlar Karlovı Varı şəhərində olublar.
Zaur qızı ilə bağlı paylaşımına bu sözləri yazıb:
Əziz balam, ilkim, gözümün nuru, nə yaxşı ki, sən dünyaya gəldin, nə yaxşı ki bizim qızımızsan. Sən anadan olanda elə bildim mən də yenidən doğuldum. Yeni həyat bəxş etdin bizə. Gözümün nuru yeni yaşın mübarək olsun. İnşallah ananla, Davudla (cütlüyün oğlu - red.) bərabər sənin 100 yaşını qeyd edək".