Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paraqvaylı üzgüçü Olimpiya kəndindən qovuldu - FOTO

Paraqvaylı üzgüçü Olimpiya kəndindən qovuldu - FOTO

Tarix: 6 Avqust 2024 09:22

Paraqvay Olimpiya Komitəsi üzgüçü Luana Alonsonu Olimpiya kəndindən qovub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə AS məlumat yayıb.

Qərara səbəb idmançının gecəni Olimpiya kəndindən kənarda keçirməsi olub. Komitə Alonsoya məktub göndərərək, ondan dərhal Olimpiya kəndini tərk etməsini tələb edib.

Bildirilib ki, onun davranışı Paraqvay komandasında xoş olmayan atmosfer yaradır.

Parisdəki Olimpiada Alonsonun ikinci Olimpiadası olsa da, üzgüçü medal qazana bilməyib.

Qeyd edək ki, Alonso 100 m batterflyay üsulu ilə üzməkdə bir neçə Paraqvay rekordunun sahibidir.

Milli.Az


Etiketlər:  Paraqvaylı üzgüçü Olimpiya kəndindən qovuldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ