Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2024 13:06
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsi başlayacaq.
Sonxeber.net xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 matç keçiriləcək.
"Panevejis" Təl-Əviv "Makkabi"sini qəbul edəcək. "Petrokub" isə TNS ilə qarşılaşacaq.
Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlub tərəfi Avroliqanın pley-offunda "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə üz-üzə gələcək.
Əlavə edək ki, bu mərhələnin cavab oyunları 13, 14 və 15 avqust tarixlərinə keçiriləcək.
Avropa Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
20:30. "Panevejis" (Litva) - "Makkabi" (Tel-Əviv, İsrail)
21:00. "Petrokub" (Moldova) - TNS (Uels)
8 avqust
21:00. "Klavsik" (Farer Adaları) - "Boraç Banya" (Bosniya və Herseqovina)
21:00. "Molde" (Norveç) - "Serkl" (Belçika)
21:00. "Trabzonspor" (Türkiyə) - "Rapid" (Avstriya)
22:00. "Krivbas" (Ukrayna) - "Viktoriya" (Çexiya)
22:00. "Panatinaikos" (Yunanıstan) - "Ayaks" (Niderland)
22:00. "Partizan" (Serbiya) - "Luqano" (İsveçrə)
22:00. "Riyeka" (Xorvatiya) - "Elfsburq" (İsveç)
22:00. "Santa Koloma" (Andorra) - RFŞ (Latviya)
22:15. "Çelje" (Sloveniya) - "Şemrok Rovers" (İrlandiya)
22:45. "Dinamo" (Minsk, Belarus) - "Linkoln" (Cəbəllütariq)
23:30. "Braqa" (Portuqaliya) - "Servett" (İsveçrə)