Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın çox futbolçusu hücuma gedirdi'' - ''Ludoqorets''in baş məşqçisi

''Qarabağ''ın çox futbolçusu hücuma gedirdi'' - ''Ludoqorets''in baş məşqçisi

Tarix: 7 Avqust 2024 00:56

"Şanslar 50/50-dir. Razaqradda görəcəksiz ki, cütün taleyi necə olur. Hələ heç nə bitməyib. Davamı Razqradda olacaq".

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Ludoqorets"in baş məşqçisi Georgi Dermençiyev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Qarabağ"a qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

O, "Qarabağ"ın oyunda üstün tərəf olduğunu bildirib: "Qarabağ" daha çox hücum edirdi. Belə olanda da, bizim qol vurmağımız üçün imkan yaranırdı. "Qarabağ"ın çox futbolçusu hücuma gedirdi. Futbolçulara fasilədə tapşırdım ki, bundan istifadə etsinlər".

Baş məşqçi futbolçusu Kayo Vidalən qırmızı vərəqə aldığı epizod haqda danışmaq istəməyib: "Bu haqda çox ətraflı danışmaq istəmirəm. Çox məyusam ki, başqa bir futbolçumuzun ayağı iki tərəfdən sınıb. İki futbolçunun olmaması bizim üçün itkidir. Qərarı Bolqarıstandakı matçda verəcəyik".

Georgi Dermençiyev futbolçularının sərt oynaması ilə bağlı fikirlə razılaşmayıb: "Məncə, heç bir sərt oyun yox idi. Bu futboldur".


Etiketlər:  Qarabağın çox futbolçusu hücuma gedirdi Ludoqoretsin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ