Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2024 18:39
"Süd istehsalı prosesi stresli bir vəziyyətdən asılı deyil və yalnız nadir hallarda laktasiya qabiliyyətinə müvəqqəti təsir göstərməsi mümkündür".
Sonxeber.net xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova açıqlayıb.
Onun sözlərinə görə, ananın narahatlığı, panika və ya stress səbəbindən ana südünün keyfiyyəti dəyişmir:
"Stresli vəziyyətdə ana südü ilə qidalanmağa davam etmək və südünüzün axmasını təmin etmək son dərəcə vacibdir. Əgər ana südü ilə qidalanma müvəqqəti mümkün deyilsə, südün döş pompasından istifadə edərək və ya əllə sağılması mütləqdir. Çünki, ana südü ilə qidalanmanın qəfil kəsilməsi bir sıra ağırlaşmalara (sərtləşmə, döş vəzinin iltihabı və s.) səbəb ola bilər. Bundan əlavə, fövqəladə vəziyyət zamanı həddindən artıq qorxu hissi keçirən analarda bu narahatçılıq uşağa süd verərkən tez keçir.
Pediatr bildirib ki, laktasiya prosesi körpənin döşə bağlandığı müddətcə davam edir, çünki laktasiya sistemi dəyişikliklərə uyğunlaşır və stresli vəziyyətdə də körpənin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur:
"Davamlı qidalanma, birbaşa dəri ilə təmas və körpəyə yaxınlıq gecikmiş süd tədarükü müddətini qısaldır".