Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

42 yaşında 5-ci dəfə Olimpiya çempionu olub rekord qırdı - FOTOlar

42 yaşında 5-ci dəfə Olimpiya çempionu olub rekord qırdı - FOTOlar

Tarix: 8 Avqust 2024 16:48

Kubalı güləşçi Mihain Lopez eyni idman növündə ardıcıl beş fərdi Olimpiya qızıl medalını qazanan ilk idmançı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iki həftə sonra 42 yaşı tamam olacaq Lopez Olimpiadanın güləş yarışlarında 130 kq çəki dərəcəsində çilili Yasmani Akostanı məğlub edib və rekord vurub.

Üstəlik, bununla da onun Olimpiya qızıl medallarının sayı 5-ə çatıb. 

Xatırladaq ki, daha əvvəl idmançı Pekin, London, Rio, Tokio Olimpiya oyunlarında qızıl medal qazanıb. 

Milli.Az


Etiketlər:  yaşında dəfə Olimpiya çempionu olub rekord qırdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ