Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 09:57
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, deputatların Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında, 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələləri müzakirə edəcəyi gözlənilir.
Ümumilikdə iclasın gündəliyinə 22 məsələ daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin