Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 16:58
16:58
Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb.
Yaralananların sayı 37 nəfərə çatıb.
--------
15:07
Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.
Ən azı 9 nəfər ölüb, 24 nəfərin yaralandığı bildirilir.