Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Corcinadan ayrılsa, sərvət ödəyəcək

Corcinadan ayrılsa, sərvət ödəyəcək

Tarix: 21 Avqust 2024 09:30

Ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezdən ayrılarsa, ona sərvət ödəməli olacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın "TV GUIA" jurnalı məlumat yayıb.

İddia olur ki, Ronaldo ilə onun beş uşağından ikisinin anası Corcina arasında müqavilə var. Belə ki, əgər cütlük ayrılarsa, Ronaldo ona ömürlük olaraq ayda 100 min avro (189 046 manat) ödəməli olacaq.

Bu şərtin 2017-ci ilin noyabrında qızları Alana Martinanın doğulmasından sonra qüvvəyə mindiyi bildirilir.

Anlaşmaya əsasən, Ronaldo təkcə həyat yoldaşına pul ödəməyəcək. Corcinanın 2010-cu ildə Ronaldonun Madriddə aldığı evinə də sahibi olacağı iddia edilir.

Futbolçunun Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından biri olan və ona 173 milyon funt sterlinq qazandıran "Əl-Nəsr"lə qazanclı müqaviləsi ilə yanaşı, kassasını müxtəlif sponsorluq müqavilələri ilə doldurduğu deyilir.

Qeyd edək ki, Ronaldonun sərvəti 600 milyon dollar civarındadır.


Etiketlər:  Corcinadan ayrılsa sərvət ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ