Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2024 18:44
"Google" oğurlanmış "Youtube" kanallarını geri qaytarmaq üçün yeni bir vasitə yaradıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, yenilik sayəsində oğurlanan hesabları geri qaytarmaq asanlaşacaq. "Google" bu yeni funksiyada süni intellektdən istifadə edib və hesabı geri qaytarma prosesini avtomatikləşdirib.
Hesabının oğurlandığını düşünənlər bir neçə suala ardıcıllıqla cavab verərək hesabı təhlükəsiz hala gətirə biləcəklər. Yeni alət "Youtube Yardım Mərkəzi"ndə yer alacaq. Hazırda sadəcə ingiliscə olan alət yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcək.