Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada festivalda dəhşət - üç nəfər qətlə yetirildi

Almaniyada festivalda dəhşət - üç nəfər qətlə yetirildi

Tarix: 24 Avqust 2024 10:04

Almaniyanın Zolingen şəhərində təşkil olunan festival iştirakçılarına silahlı hücum olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bıçaqlı hücum nəticəsində üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Qanlı hadisədən sonra şəhər festivalı ləğv edilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunublar. Polis hadisəni törətdikdən sonra qaçan şəxsin yaxalanması üçün genişmiqyaslı əməliyyat tədbirlərinə başlayıb. Əraziyə 40-dək xüsusi texnika göndərilib.

Əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etmələri, şəhər mərkəzinə getməmələri barədə ciddi xəbərdarlıq olunub.

Milli.Az


Etiketlər:  Almaniyada festivalda dəhşət üç nəfər qətlə yetirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ